“Qarabağ”ın yeni transferi Juninyo Ağdam təmsilçisinə keçidi haqqında fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. Braziliyalı yarımmüdafiəçi yazıb:
“Əvvəlcə mənim və ailəmin həyatında etdiyi hər şeyə görə Tanrıya şükür etmək istəyirəm. Yeni çağırış üçün xoşbəxtəm”.


