08 İyun 2026
Dünya futbolu

“Qarabağ”la adı hallanan hücumçu Türkiyə klubuna keçir

Kamerunlu hücumçu Vensan Abubakar karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Kocaelispor” futbolçunun xidmətində maraqlıdır.  33 yaşlı oyunçu Kocaeli klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Vensan Abubakar ötən mövsüm icarə əsasında “Hatayspor”un formasını geyinib.

Xatırladaq ki, kamerunlu hücumçunun adı bir müddətdir “Qarabağ”la hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43