Kateqoriyasız

“Qarabağ”la oyunda qisas üçün meydana çıxacağıq”

“Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Yunanıstanın “Olimpiakos” komandasının futbolçusu Usseynu Ba Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı müdafiəçi doğma meydanda məğlub olmağa öyrəşmədiklərini bildirib: “İlk matçdan sonra baş məşqçi bizimlə söhbət etdi. Sabah fərqli oyun nümayiş etdirəcəyik. Bütün diqqətimizi matça yönəldəcəyik və bacardığımız qədər aqressiv olacağıq ki, istədiyimiz nəticəni əldə edək”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43