Kateqoriyasız

“Qarabağ”la qarşılaşmaq maraqlı olardı” – Almaniya klubunun baş məşqçisi

Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis “Qarabağ”la qarşılaşmaq istədiklərini bildirib:

“Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam. Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik”.

Qeyd edək ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. “Qarabağ” püşkatmaya ikinci, “Frayburq” isə üçüncü səbətdən qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43