Kateqoriyasız

“Qəbələ” ilk yoxlama oyununda qalib gəldi

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar” Ərzurumun U-21 komandası ilə qarşılaşıb.   Bu oyunda Roman Qriqorçukun komandası 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin hər iki qolunu ukraynalı yarımmüdafiəçi Aleksey Qay (3-cü və 55-ci dəqiqə) vurub.

“Qırmızı qaralar” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43