İdman

“Qəbələ” və “Keşlə” cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İK Azərbaycan kubokunun finalında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan kubokunun finalının “Keşlə” – “Qəbələ” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 55-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43