İdman

“Trabzonspor”da yeni baş məşqçi

Türkiyənin “Trabzonspor” futbol komandasının yeni baş məşqçisi təqdim olunub. 

İdmanxeber.com-un məlumatına görə, kollektiv Ünal Karamana tapşırılıb. 52 yaşlı mütəxəssislə bağlanılmış müqavilənin detalları hələlik məlum deyil. Karaman bu postda Rza Çalımbayı əvəzləyib. 

Qeyd edək ki, Ünal Karaman son olaraq “Karabükspor” klubunda çalışıb. Komanda onun rəhbərliyi altında Superliqanı12 xalla sonuncu pillədə başa vurub. Ü.Karaman həmçinin “Konyaspor”, “Adana Demirspor” və “Şanlıurfaspor” komandalarının baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43