Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Yevlaxda baş tutacaq. Stadionundakı təmir səbəbindən Yevlaxa köçən "Kəpəz" burada "Zirə"ni qonaq edəcək. Mövsümə yenilgi ilə başlayan Şahin Diniyevin komandası Ayxan Abbasovun yetirmələri qarşısında xal qazanmağa çalışacaq.
Tura Qəbələdə yekun vurulacaq. Eyniadlı komanda "Sumqayıt"ı sınağa çəkəcək. Çempionluq yolunda itkisiz davam etmək istəyən Roman Qriqorçukun yetirmələri "Sumqayıt"ı xalsız yola salmaq niyyətindədi.
Azərbaycan Premyer Liqası
II tur
20 avqust (bazar)
20:00. “Qəbələ” – “Sumqayıt” 1:0
Qollar: Tellur Mütəllimov, 40
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
Qəbələ şəhər stadionu
17:00. “Kəpəz” – “Zirə” 0:3
Qollar: Nicat Qurbanov, 21 Təmkin Xəlilzadə, 49, 87
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
Yevlax şəhər stadionu

