Dünya futbolu

Quardioladan Mourinyoya dəstək: “Ona güvənməlidirlər”

Quardiola həmkarı barəsində danışıb.

İngiltərə mətbuatının yaydığı məlumata görə, “Siti” klubunun baş məşqçisi Pep Quardiola son günlər Joze Mourinyonun “Yunayted”dən ayrılacağı barəsində çıxan söz-söhbətlərə münasibət bildirib. O, Jozeyə güvənilməli olduğunu qeyd edib:

“Yəqin ki, onun məşqçiliyini müzakirə etməyəcəyik. Məndən hər dəfə onun barəsində soruşursunuz. Və hər zaman deyirəm ki, o, böyük məşqçidir. Baş məşqçilər özlərinə güvənilməsini istəyərlər. Məncə, “Yunayted” azarkeşləri ona güvənib və onun arxasında durmalıdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43