Ölkə futbolu

Qurban Qurbanov: “Bunu normal qəbul edirəm”

Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Qarabağ” “İnter”ə məğlub olub (1:2).

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Məğlub olduq. Bunu normal qəbul edirəm. İlk oyunumuzdu. Qarşıdakı oyunlarda daha istəkli və nəticəyə oynayacağımızı gözləyirəm”.

Baş məşqçi Avroliqanın pley-off mərhələsinin püşkünü də dəyərləndirib:

“Rəqib haqda hələ ki, ətraflı məlumatımız yoxdu. Qarşıda 1 həftəmiz var. “Qöteburq”u ətraflı təhlil edəcəyik.Çalışacağıq ki, bu oyunlara daha yaxşı hazırlaşaq. Bir az arzuolunmaz rəqibdi. Komanda oyunu oynayırlar. Atletik futbola üstünlük verirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43