“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanın “Panatinaikos” klubunun və Qana yığmasının yarımmüdafiəçisi Maykl Essyeni transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis azerisport.az-a açıqlamasında bunları söyləyib: “Bu barədə xəbərləri oxumuşam. Amma klubumuz tərəfindən ona heç bir maraq yoxdur. Bizim Essyeni transfer etmək fikrimiz belə olmayıb”.

