Belçika və Portuqaliya milli komandaları arasında yoxlama oyunu ləğv olunub.
İdmanxeber.com-un məlumatına görə, təhlükəsizlik səbəbindən hüquq-mühafizə orqanları Belçika Futbol Federasiyasından qarşıdakı oyunu keçirməməyi xahiş edib.
Oyunun martın 29-da keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Brüssəldə baş verən terror aktları səbəbindən oyunun həmin vaxtda keçirilməməsi qərarı alınıb.

