Kateqoriyasız

Qurban Qurbanov “Olimpiakos”la oyun haqda nə dedi?

“Oyunun əvvəlindən rəqib fərqli sistemdə oynayırdı. Sonra ilk 30 dəqiqədən sonra sistemi dəyişdilər. Bundan sonra biraz çətinlik çəkdik. Daha sonra hər şey qaydasına düşdü”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiakos”la matçdan sonra deyib.

Qurbanov sözlərinə belə davam edib:

“Əsas məsələ bu oyunda uduzmamaq idi. Futbolçularımdan razı qaldım. Düzdü, gərginlik var idi. Çünki bizdən gözləntilər çoxdu. Futbolçularım çox istəkli çıxmışdılar meydana. Belə olanda da, səhvlər qaçılmaz olur”.

Təcrübəli çalışdırıcı bu dəfə fərqli “Olimpiakos” gördüyünü dilə getirib.:

“Səfərdəkindən fərqli “Olimpiakos” gördük. Məşqçiləri daha hazırlıqlı futbolçuları meydana buraxmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43