Kateqoriyasız

Qurban Qurbanovun başı dərddə

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq “Qarabağ” ciddi itkilərlə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun heyətində Bədavi Hüseynov və Filip Ozobiç zədə, Rahil Məmmədov və Riçard Almeyda kart cəzalısı olma səbəbindən sabahkı oyunu buraxacaq.

Bundan başqa Maksim Medvedev, Slavçev və Ailtonun da zədəsi var. Sözügedən futbolçuların sabahkı oyunda çıxış edib-etməyəcəyi sual altındadı.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” “Linfild”lə ilk görüşü sabah Belfsatda, cavab oyunu isə avqustun 29-da Bakıda keçirəcək

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43