“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yol polisi ilə zarafatlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, avqustun 21-də ispaniyalı çalışdırıcı Mançesterdə avtomobili yanlış yerdə saxladığına görə cərimələnib. Problemi həll etdikdən sonra yol polisi Peplə birgə şəkil çəkdirmək istəyib.
Qvardiola isə “Şəkil çəkdirmək istəyirsən? Bunun üçün pul ödəməli olacaqsan” deyərək, onunla zarafatlaşıb
Premyer Liqanın iki turundan sonra “şəhərlilər” 6 xal toplayıb və turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.

