Kateqoriyasız

RƏSMİ: Rauf Əliyev sərbəst buraxıldı

“Neftçi” futbolçusu Rauf Əliyevlə rəsmən yollarını ayırıb. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mənbədə qeyd olunur ki, Əliyevin müraciətini nəzərə alaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bakı klubu 26 yaşlı hücumçuya azad agent statusu verib.

Qeyd edək ki, Rauf qış fasiləsində “Xəzər Lənkəran”la yollarını ayırdıqdan sonra “Neftçi”yə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43