09 İyul 2026
Dünya futbolu

“Ramil Şeydayev Tailanda hələ uyğunlaşmayıb”

Tailandın “Buriram Yunayted” klubunun baş məşqçisi Artur Papas Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, ölkə çempionatının II turunda “Lampun Uorrior” ilə görüşdə qol vuran hücumçunun çıxışından razılığını bildirib:

“Ramil Şeydayev Tailanda hələ uyğunlaşmayıb. O və Nikolau Kardoso iki aydır Tailanddadırlar. Ancaq “Lampun Uorrior” ilə matçda yaxşı çıxış etdilər. Təkcə onlar yox, bütün komanda öz işini mükəmməl şəkildə yerinə yetirdi”.

Qeyd edək ki, Ramil Şeydayev “Buriram Yunayted”in 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43