08 İyul 2026
Dünya futbolu

“Real” 40 yaşlı futbolçuyla bağlı qərarını verdi

“Real” yarımmüdafiəçisi Luka Modriçlə müqavilə uzatmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı daha bir mövsüm “Real”da qalmaq və 2026-cı ilin yayına qədər yeni sözləşmə imzalamaq istəyir. Modriçin sentyabrın 9-da 40 yaşı tamam olacaq.

Yarımmüdafiəçi 2012-ci ildən “Real”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 44 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43