25 İyun 2026
Dünya futbolu

“Real” “Barselona” ilə oyuna çıxmaq istəmir – SƏBƏB

“Real” Kral Kubokunun finalına çıxmaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Madrid rəhbərliyinin hakimlərdən narazı olmasıdır. Rəhbərlik həlledici görüşdə hakim və VAR heyəti dəyişməsini tələb edir.

Əks təqdirdə, komandanın meydana çıxmayacağı vurğulanıb.

İspaniya Futbol Federasiyası isə hakimlərin dəyişdirilməsi üçün heç bir səbəb olmadığını bildirib.

Xatırladaq ki, final oyununda sabah “Barselona” ilə üz-üzə gəlməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43