10 İyul 2026
Dünya futbolu

“Real” ilin oyunçusu seçilən futbolçunu alır

“Bavariya”nın müdafiəçisi Alfonso Devis karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı kanadalıya Madrid “Real”ı iddialıdır. “Kral klubu” futbolçunu gələn yay transfer etmək istəyir.

Ötən mövsüm Devis 38 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. O, həmçinin KONKAKAF-da ilin oyunçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43