15 İyul 2026
Dünya futbolu

“Real” Konate planından vaz keçməyib

“Real” “Liverpul”un müdafiəçisi İbraima Konateni transfer etmək ideyasını gündəmdə saxlayır.

İdmanxeber.az-ın məlumatına görə, yay transfer pəncərəsi yaxınlaşdıqca fransalı futbolçu yenidən “kral klubu”nun hədəfinə çevrilə bilər.

Bildirilir ki, keçidin baş tutması üçün Konatenin maaş və bonus tələblərini azaltması vacib şərtdir. 26 yaşlı müdafiəçinin müqaviləsi iyunun sonunda başa çatır və o, azad agent ola bilər.

Konate bu mövsüm “Liverpul”un heyətində 31 oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43