15 İyul 2026
Dünya futbolu

Super Liqa klubu Palutla danışıq aparır

Türkiyənin “Konyaspor” klubu sabiq baş məşqçisi İlhan Palutu geri qaytarmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis baş məşqçi postu ilə bağlı danışıqlar üçün Konya şəhərinə dəvət olunub.

Görüşlərdən sonra rəsmi açıqlama veriləcəyi bildirilib.

Palut 2021–2023-cü illərdə komandaya rəhbərlik edib. “Konyaspor”u son olaraq Çağdaş Atan çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43