“Real” Kilian Mbappe ilə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun Paris klubu ilə müqaviləsi 2024-cü ildə sona çatır. Mbappe PSJ ilə sözləşmə yeniləməyəcini bildirib.
Madrid təmsilçisi də gələn mövsüm azad agent olacaq oyunçunu heyətinə qatmağa hazırlaşır. Ancaq klublar arasında danışıqlarda irəliləyiş əldə olunarsa, Kilianın bu yay “Real”a keçməsi mümkündür.
PSJ bu yay 24 yaşlı futbolçunun transferi üçün 180-200 milyon avro tələb edir.

