“Vilyarreal”ın yarımmüdafiəçisi Daniel Parexo karyerasını “Barselona”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, kataloniyalıların baş məşqçisi Xavi qışda futbolçu ilə əlaqə saxlayıb. Bildirilir ki, klub futbolçunun müqaviləsinin 2024-cü ilə qədər olmasına baxmayaraq, bu yay pulsuz buraxmağa hazırdır.
34 yaşlı Parexo özünü böyük klubda sınamaq istəyir. Futbolçunun “Vilyarreal”ın baş məşqçisi Kike Setyenlə də gərgin münasibəti var.
Bu mövsüm o, 50 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib.

