21 İyun 2026
Ölkə futbolu

“Səbail” mənə yaxşı müqavilə təklif edib” – serbiyalı futbolçu

“Hazırda gələcəyim barədə dəqiq bir söz deyə bilmirəm. Hələ ki, transfer dönəmi yeni başlayıb”.

Bu sözləri idmanxeber.az saytına mövsümü icarə əsasında “Səbail”də keçirən Matiya Lyuyiç deyib. Müqavilə ilə Macarıstanın “Uypeşt” klubuna məxsus olan oyunçunun “dənizçilər”lə sözləşməsi sona çatıb. 

30 yaşlı futbolçu paytaxt təmsilçisinə qayıdıb-qayıtmayacağı barədə suala belə cavab verib:

“Uypeşt”lə bir illik müqaviləm var, daha yaxşı variantları gözləyirəm. “Səbail” mənə yaxşı müqavilə təklif edib. Sadəcə, komandamla sözləşməm davam edir, getmək o qədər asan deyil.

Azərbaycandan başqa klublardan təklif olub-olmaması barədə heç nə deyə bilmərəm. Bu işlərlə agentim maraqlanır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43