“Real” müdafiəçi Antonio Rüdigerlə yollarını ayıra bilər.
İdmanxeber.az xəbər verir ki, 32 yaşlı alman futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Mövsümə uğursuz başlayan və ilin sonuna qədər zədəyə görə oynamayacaq Rüdigerin müqaviləsi mövsümün sonunda başa çatır.
O, 2022-ci ildən Madrid klubunda çıxış edir.

