17 İyun 2026
Dünya futbolu

“Real” və PSJ “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir

Avropanın nəhəng klubları – “Real” və PSJ “Çelsi”nin yarımmüdafiəçisi Moyzes Kaysedonu transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, London klubu bu təklifləri qəbul etməyəcək. “Çelsi” 23 yaşlı ekvadorlunu satmaq niyyətində deyil.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Görüş Bakıda noyabrın 5-də, saat 21:45-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43