Kateqoriyasız

Renat Dadaşov “Vulverhempton”da dubl etdi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası “Birmingham County Senior Challenge Cup”da növbəti oyununu keçirib.

Komanda “Tividale” ilə qarşılaşıb və 6:0 hesablı qələbə qazanıb. Renat oyunda 2 qol vurub.

Qeyd edək ki, 20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton” Renatı yenidən icarəyə verəcəyi gözlənilir.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43