“Səbail” Antalyada təlim-məşq toplanışı çərçivəsində bu gün ilk sınağına çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Aftandil Hacıyevin komandası Qazaxıstanın “Jetisu” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, yanvarın 26-dək Antalyada qalacaq “Səbail” bu müddətdə daha 3 yoxlama görüşü keçirəcək.
15 yanvar
18:00. “Səbail” – “Jetisu” (Qazaxıstan)