“Rəvan” Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirəcəyi ilk oyuna itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Bəhmən Həsənov Novruz Məmmədov, Cəmşid Məhərrəmov və Nuran Qurbanovun xidmətindən yararlana bilməyəcək. Belə ki, bu futbolçular zədəlidir.
Qeyd edək ki, “Rəvan” – “İnter” matçı bu gün “Bayıl Arena”da keçiriləcək.

