UEFA Çempionlar Liqasında "Qarabağ"a rəqib olan İtaliya nəhənglərindən "Roma" heyətinə yeni futbolçu qatıb.
İdmanxeber.com-un məlumatına görə, "canavarlar" "Samptoriya"nın ön xətt oyunçusu Patrik Şiki rənglərinə bağlayıb. Ötən mövsüm meydana çıxdığı 35 oyunda 13 dəfə fərqlənməyi bacaran Çexiya millisinin üzvü 21 yaşındadı.
Qeyd edək ki, sentyabrın 27-si "Roma" Bakıda "Qarabağ"ın qonağı olacaq.

