“Əl-Nasr” Ərəb Çempionlar Kubokunun final oyununda “Əl-Hilal”ı məğlub edib.
İdmanxeber.az xəbər verir ki, Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən görüş əlavə vaxtdan sonra 2:1 hesabı ilə başa çatıb. “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo iki dəfə fərqlənib.
Bununla Ronaldo “Əl-Nəsr” klubunda ilk kuboku qazanıb. Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.

