Kateqoriyasız

Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” Almaniya III Bundesliqasında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Oyuna ikinci hissədə qoşulan Dadaşov komandasınln yeganə qolunu vurub.

Qeyd edək ki, Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43