Ölkə futbolu

Rüfət Dadaşov yenidən Azərbaycan millisində

Almaniya III Bundesliqasında çıxış edən Rüfət Dadaşov Azərbaycan yığmasına dəvət alıb.

“Proysen”də çıxış edən Rüfət Dadaşov uzun müddətdən sonra Azərbaycan millisinə dəvət alıb. Klubun idman direktoru Malte Metzelder  sıx qrafiklərinin olmasına baxmayaraq, Dadaşovu Millətlər Liqası üçün yığmaya buraxacaqlarını bildirib.

Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə 10 oyuna 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43