17 İyul 2026
Ölkə futbolu

“Səbail” yeni hücumçusunu açıqladı – RƏSMİ

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” sabiq hücumçusu Amil Yunanovu geri qaytarıb.

Son iki mövsümü “Şamaxı”da keçirən 30 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Amil Yunanov 2020/2021 mövsümündə də paytaxt klubunun formasını geyinib.

Qeyd edək ki, “Səbail” yay fasiləsində bunadək Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevin transferini açıqlayıb.

"Səbail"ə qayıtdı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43