Ölkə futbolu

“Səbail”dən ikinci transfer

“Səbail” yay fasiləsində ikinci yerli transferini reallaşdırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Süleyman Əhmədov karyerasını paytaxt təmsilçisində davam etdirəcək.

“Sumqayıt”dan yeni ayrılan 24 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Səbail”in ilk transferi “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43