11 İyul 2026
Kateqoriyasız

“Səbail”in Türkiyədəki rəqibləri açıqlandı – 10 günə 4 oyun

“Səbail”in Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

İdmamxeber.az-ın klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı təmsilçisi Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43