İdman

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Grand Chess Tour” seriyasının iki mərhələsində iştirak edəcək.

İdmanxeber.az xəbər verir ki, reqlamentə əsasən 26-30 avqustda rapid və blits üzrə turnir keçiriləcək.

Yarışda Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynyer Dominqes, Hikaru Nakamura, Samuel Şenklend (hamısı ABŞ), Rixard Rapport (Macarıstan) və Yan Nepomnyaşi (FIDE) mübarizə aparacaq.

Sentyabrın 2-də isə klassik şahmat üzrə “Sinkfild Kuboku” start götürəcək. Həmin turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) ilə Uesli So (ABŞ) əvvəlki turnirin iştirakçılarından Nakamura və Şenklendi əvəz edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43