29 İyun 2026
Ölkə futbolu

Legioneri “Kəpəz”i sevindirdi

“Kəpəz”in zədəli futbolçularından Mixeil Erqemlidze məşqlərə başlayıb.

İdmanxeber.az xəbər verir ki, körpücük sümüyünü zədələyən hücumçu tibb xidmətinin müsbət diaqnozundan sonra əvvəlcə fərdi halda hazırlıq keçib.

Daha sonra qrup şəklində məşqlərə qoşulub. Mixeilin həftəsonu “Səbail” ilə görüşdə oynayıb-oynamayacağı hazırlığından asılı olacaq.

“Neftçi” ilə oyunda zədələnən digər futbolçu Yeqor Xvalkonun isə müalicəsi davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43