Ölkə futbolu

Sənan Qurbanov istefa verib

Qurbanov məsuliyyəti öz üzərinə götürüb.

“Qəbələ” klubu Topaz Premyer Liqasının 7-ci turunda səfərdə “Zirə”yə 1:0 hesabı ilə məğlub olub. Matçın ardından əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransına qatılmayıb. Onun konfransa qatılmama səbəbi səhhətində yaranan problemlər olduğu bildirilsə də, məsələ heç də belə deyil. Əldə etdiyimiz məlumata görə, klubda yaranan uğursuz gedişatı üzərinə götürən baş məşqçi, əlindən gələni elədiyini ancaq bacara bilmədiyini bildirərək rəhbərliyə istefasını təqdim edib.

Klub rəhbərliyi S.Qurbanovun bu qərarına hələlik heç bir cavab verməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43