İdman

“Sabah” 3 futbolçu ilə müqavilə bağladı

Yeni mövsümdən Topaz Premyer Liqada çıxış edəcək “Sabah” daha 3 futbolçunun keçidini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, müdafiəçi Ülvi İbazadə ilə 2, yarımmüdafiəçilər – Tərzin Cahangirov və Elgün Nəbiyevlə isə müvafiq olaraq 2 və 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ülvi İbazadə son olaraq “Xəzər”də, Tərzin Cahangirov “Kəpəz”də, Elgün Nəbiyev isə “Zirə”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43