Bu gün “Kukesi” ilə qarşılaşacaq “Qarabağ” sözügedən oyuna ciddi itkilərlə çıxa bilər.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun heyətində yeni transferlərdən olan Zubir zədələnib. Onun bugünkü oyunda meydana çıxması sual altındadı.
“Köhlən atlar”ın digər üzvü Donald Gerrye də zədəlidir. Onun da bugünkü oyunda iştirakı sual altındadır.
Xatırladaq ki, ispaniyalı yarımmüdafiəçi Dani Kintana da zədə səbəbindən “Kukesi” ilə görüşü buraxacaq.

