03 İyul 2026
Ölkə futbolu

“Sabah” “Bazel”in sabiq üzvünün transferini BİTİRDİ

“Sabah” növbəti mövsümün planlamasını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Velko Simiçi komandada saxlamaq niyyəyintədir. Müqavilə ilə “Sivasspor”a məxsus olan futbolçu birdəfəlik “bayquşlar”a keçəcək.

“Sabah” bu transfer üçün qarşı tərəfə təzminat da ödəyəcək. Azərbaycan klubu Simiçə qarşılıq 450 min avroya yaxın pul ödəyib.

Xatırladaq ki, serbiyalı futbolçunun Türkiyə klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43