Kateqoriyasız

“Sabah” milli üzvü ilə müqavilə yenilədi

“Sabah” klubu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43