Ölkə futbolu

“Sabah” uddu, Mərdəkanda dramatik nəticə – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada 9-cu tura start veriləcək.

Turun açılış matçında debütant “Sabah” autsayder “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Günün digər oyununda isə “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Meydan sahibləri hesabda 2:0 önə keçsə də, “Qəbələ” geridönüş edə bilib – 2:2.

Qeyd edək ki, “Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə ilə  ikinci hissədə oyundan əvəzolunan Rauf Əliyev qarşılaşmanın sonuncu dəqiqəsində qırmızı vərəqə görüblər.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

27 oktyabr (şənbə)

Topaz Premyer Liqası, 9-cu tur

16:00. “Sabah” – “Zirə” 2:1

QOLLAR: Məqsəd İsayev, 45+2, Tellur Mütəllimov, 73, Cavid İmamverdiyev 90+2
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov
“Əlincə Arena”

18:00. “Sumqayıt” – “Qəbələ” 2:2 

QOL: Şəhriyar Əliyev, 6 (1:0), 19 (2:0), Monroz, 40 2:1), Atakora Lalavele, 56 (2:2)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov
“Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43