UEFA Konfrans Liqasının pley-off mərhələsində “Sabah” klubunun potensial rəqibləri “Alkmaar” (Niderland) və “Vaduts” (Lixtenşteyn) arasında ilk qarşılaşma keçirilib.
İdmanxeber.az xəbər verir ki, Niderlandda baş tutan görüşdə “Alkmaar” rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu cütün qalibi “Sabah” – “Levski” (Bolqarıstan) duelinin qalibi ilə növbəti mərhələdə üz-üzə gələcək.

