“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın “Olimpiya” klubu yeni futbolçu transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, komanda Portuqaliya “Kaza Piya”sından Diogu Pintu heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub.
O, 2019/2020 mövsümündə “Benfika”nın əvəzedici komandasında çıxış edib.
“Qarabağ” “Olimpiya”ya qarşı ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

