20 İyun 2026
Kateqoriyasız

Şahin Diniyev: “Nəticə önəmli deyildi”

“Əsas olan nəticə deyildi, ona görə qarışıq heyətlə oynadıq. Hər hissədə meydana fərqli heyət buraxmışdıq. Oyun günü səhər fiziki məşq də etmişdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında bildirib.

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qolsuz heç-heçəyə imza atan Gəncə klubu hazırlığı davam etdirir.

Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə keçirdikləri sınaq matçı (0:0) ilə bağlı fikirlərini bildirən  Diniyev deyib: “Bu toplanışın əsas məqsədi fiziki durumu yaxşılaşdırmaqdır. “Bu səbəbdən nəticə bizim üçün ön planda deyildi. Heyətin formalaşması üçün komandaya baxdım. Mənə elə gəlir ki, yorğunluğun fonunda uşaqlar pis oynamadı. Çoxlu qol vəziyyətlərimiz oldu, amma istifadə edə bilmədik. Bu da aydın məsələdi, yenilənmiş heyətlə ilk oyunumuz idi. Düzgün formada hazırlaşırıq, doğru istiqamətdəyik. Səhvlərimiz üzərində işləyirik, çalışacağıq ki, ikinci görüşdə əsas heyəti təyin edək. Toplanışın ikinci mərhələsində texniki və taktiki hazırlıq üzərində işləyəcəyik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43