Maqazin

Şakira Pikedən ayrıldığını açıqladı

Şakira “Barselona”nın müdafiəçisi Jerar Pikedən ayrıldığını təsdiqləyib.

İdmanxeber.az xəbər verir ki, müğənninin kommunikasiya agentliyi Şakiranın dediklərini belə çatdırıb:

“Yollarımızın ayrıldığını təəssüflə təsdiqləyirəm. Ən yüksək prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirəm. Anlayışınız üçün minnətdaram”.

Xatırladaq ki, daha əvvəl Pikenin Şakiraya xəyanət etdiyi üçün çütlüyün arasında qalmaqal olduğu xəbəri yayılmışdı. Qalmaqalda Pikenin komanda yoldaşı olan Qavinin anasının da adı hallanır. Pikenin məhz bu xanımla Şakiraya xəyanət etdiyi iddia olunur.

Şakira ilə Pike 2010-cu ildə Cənubi Afrikada təşkil olunmuş dünya çempionatında tanış olmuşdu. Onların Milan (9 yaşında) və Saşa (6) adlı iki övladı da var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43