17 İyun 2026
Dünya futbolu

“Şamaxı”dan ayrılan futbolçu Litva klubunda

“Şamaxı”dan ayrılan Vasiliye Radenoviç karyerasını Litvada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi  “Jalqris” klubu ilə anlaşıb. Vilnus təmsilçisi Vasilye ilə 1.5 illik müqavilə imzalayıb.

Litvanın hegemon klublarından olan “Jalqris” 11 qat ölkə çempionudur. Klub 14 dəfə isə ölkə kubokunun sahibi olub.

Radenoviç ötən mövsüm “Şamaxı”da çıxış edib və komandada ümumilikdə 29 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43